Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Qətərin milli bayramı qeyd edilib

Bakı, 14 dekabr, AZƏRTAC

Qətərin milli bayramı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi dekabrın 14-də rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Səfir Yusif bin Həsən əl-Sai tədbirdə çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.

Ölkələrimiz arasında əlaqələrə toxunan səfir Azərbaycan-Qətər münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, bu ilin yanvarında keçirilən Qətər və Azərbaycan hökumətləri arasında birgə iqtisadi, ticari və texniki komissiyanın birinci toplantısının əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin fevralında Dohaya etdiyi tarixi səfərin iki dost ölkə arasındakı münasibətlərin inkişafına təkan verdiyini söyləyib. Qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov əlamətdar gün münasibətilə Qətər xalqını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından təbrik edib. Nazir bildirib ki, Qətər Dövləti müstəqilliyinin ilk illərindən etibarən uğurlu inkişaf yolu keçib, bir çox regional və qlobal problemlərin həllində mühüm rol oynayıb. Bu istiqamətdə, dünya ictimaiyyəti qarşısında ədalətli mövqe nümayiş etdirərək konstruktiv beynəlxalq əməkdaşlığa töhfə verib. Qətər Dövləti, eyni zamanda, öz dinamik inkişafı sayəsində regionun və dünyanın rəqabətə dayanıqlı və ən zəngin iqtisadiyyatlarından birinə çevrilib.

Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan Respublikası ilə Qətər Dövləti arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur. Xalqlarımızın dini və mədəni bağlılığı səbəbindən beynəlxalq aləmdə mövqelərimizin üst-üstə düşməsi ölkələrimizi bir-birinə yaxınlaşdıran mühüm amillərdən biridir. Bu istiqamətdə, Azərbaycan və Qətər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qətər Dövlətinin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləməsini yüksək qiymətləndiririk.

Ölkələrimiz arasında ikitərəfli diplomatik əlaqələrin əsası 1994-cü ildə qoyulub. Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin möhkəmlənməsinə şərait yaradıb.

2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən rəsmi səfər və bu səfər çərçivəsində iqtisadiyyat, mədəniyyət, turizm, səhiyyə və idman kimi sahələrdə imzalanmış müvafiq sənədlər ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə təkan verib.

2016-cı ilin mart ayında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycan Respublikasına rəsmi səfəri və səfər zamanı əldə edilmiş razılaşmalar iki ölkə arasındakı əlaqələrin sürətli inkişafı üçün möhkəm zəmin yaradıb. Hər iki dövlətin rəhbərləri səviyyəsində olan səmimi və yüksək etibara söykənən münasibətlər ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın yüksək templərlə genişlənməsi üçün əsas yaradıb.

Nazir deyib ki, hazırda Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq uğurla davam edir, əlaqələrin inkişafı üçün geniş imkanlar açılır. Ölkələrimiz arasında iqtisadi, texniki, ticarət, kənd təsərrüfatı, turizm və sərmayələrin təşviqi istiqamətlərində bir sıra saziş və anlaşma memorandumları imzalanıb, münasibətlərin inkişafı üçün mühüm addımlar atılıb. 2016-cı ilin aprel ayında hər iki tərəfdən dövlət başçısının müdrik qərarı ilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya çərçivəsində qısa zamanda görülmüş işlər iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin uğurlu inkişafına önəmli töhfə verib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə Qətər və Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsi müşahidə edilib və ticarət dövriyyəsi 30 dəfəyə yaxın artıb. “Bu inkişafın sevindirici hal olduğunu qeyd etməklə yanaşı, iki ölkə arasında mövcud siyasi-strateji yaxınlıq və gələcək əməkdaşlıq potensialını nəzərə alaraq, əlaqələrimizin növbəti illərdə daha da genişlənəcəyinə ümidvar olduğumu bildirmək istərdim”, - deyə o bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Respublikası və Qətər Dövləti, həmçinin fövqəladə hallarla mübarizə və mülki müdafiənin təşkili sahəsində də əməkdaşlıq edir. Belə ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Qətərin müvafiq qurumları arasında sıx əlaqələr qurulub və mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilib. Bu əməkdaşlığın hüquqi əsası olaraq, 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaradıb.

Nazir istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib