Bakıda sanitar-gigiyenik qaydalara əməl etməyən şəxslərə qarşı nəzarət–profilaktik tədbirlər həyata keçirilir
Bakı, 29 iyul, AZƏRTAC
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda yaşayış yerini icazəsiz tərk edən və mövcud sanitar-gigiyenik qaydalara əməl etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirirlər.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobil yollarında və fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərində, ərzaq mağazalarında tətbiq olunan qaydalara, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, bütün zəruri tədbirlərin icrası davam etdirilir.