Bakıda sovet əsgərlərinin məzarlarının abadlaşdırılması üzrə illik aksiya keçirilib
Bakı, 3 may, AZƏRTAC
Bakıdakı Rus Evinin nümayəndələri, Azərbaycanın Rus Gəncləri Assosiasiyasının və “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzinin fəalları Bakıda Yasamal qəbiristanlığındakı hərbi-memorial məzarlığının abadlaşdırılması üzrə illik aksiya keçiriblər.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib.
Qəbiristanlıqda cəbhədə aldıqları yaralardan hospitallarda vəfat edən İkinci Dünya müharibəsinin 200-dən çox iştirakçısı dəfn edilib.
“Biz bu ənənəni davam etdiririk, çünki qəhrəmanlar haqqında xatirə yaşamalıdır. Bizim bir ortaq tariximiz var. Böyük Vətən müharibəsi haqqında xatirənin burada yaşamağa davam etdiyinə görə Azərbaycan Respublikasının payına çox böyük minnətdarlıq düşür”, - deyə Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov jurnalistlərə müsahibəsində söyləyib.