BAKIDA SUMO VƏ CÜDO ÜZRƏ BİRİNCİ BEYNƏLXALQ FESTİVAL BAŞLAMIŞDIR
Bakı, 26 aprel (AZƏRTAC). Aprelin 26-da Bakı Olimpiya İdman Kompleksində sumo və cüdo üzrə birinci beynəlxalq festival başlamışdır.
Festivalın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov böyük bayrama çevrilmiş bu festivalın gənclər arasında idmanın təbliği baxımından əhəmiyyətli olduğunu söyləmişdir.
Tədbirdə çıxış edən Azərbaycanın baş ravvini Meyr Bruk və “Makkabi - Azərbaycan” cüdo idman klubunun direktoru Aleksandr Mordvinkin yarışın təşkilatçılarına təşəkkürlərini bildirmişlər.
Azərbaycan Sumo Federasiyasnın prezidenti Samir Abdullayev belə tədbirlərin ölkəmizdə idmanın bu növünün inkişafına təkan verəcəyinə əminliyini vurğulamışdır.
Sumo üzrə yarışlarda Azərbaycan idmançıları ilə yanaşı, Hindistan, Şri - Lanka, Gürcüstan, İordaniya, Qırğızıstan, Ukrayna, Türkmənistan, Rusiya komandaları da mübarizə aparırlar.
İdmançıların nümunəvi çıxışlarından sonra sumo üzrə yarışlar davam etmişdir.
İdman festivalı aprelin 27-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]