Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda turizmə həsr edilmiş böyük seminar keçirilib

Bakı, 3 aprel, Emil Eyyubov, AZƏRTAC

Aprelin 2-də Bakıda ənənəvi elit turizm seminarı (Baku Travel Bazaar Spring Edition) keçirilib. Bu, Azərbaycanda ən genişmiqyaslı oxşar tədbir olub. Tədbirin təşkilatçıları - “Chance Travel Consulting” (Ukrayna) və “R&S Group” (Azərbaycan) bütün dünyadan 90 təşkilatın nümayəndələrini bir araya toplayıblar. İştirakçılar arasında beşulduzlu otellər və kurort şəbəkələri, elit nəqliyyat və kruiz şirkətləri, turistlərin qəbulu üzrə operatorlar və villaların, şəxsi təyyarə və yaxtaların icarəsi və çarteri ilə məşğul olan şirkətlər vardı. Əcnəbi tərəfdaşlarla görüşə Azərbaycanın təqribən 270 turizm şirkətinin, habelə Gürcüstandan 30-a yaxın şirkətin nümayəndələri də gəlmişdi.

“Chance Travel Consulting” şirkətinin həmtəsisçisi İrina Vedeneyeva deyib: “Bu il biz sağlamlıq turizminə, Avropaya və başqa istiqamətlərə səfərlərə həsr edilmiş bir neçə tematik seminarı birləşdirməyi qərara aldıq. Azərbaycandan səyyar turizm bazarının fəal genişlənməsi bizə bu cür imkan verir. “Baku Travel Bazaar” elit turizmi sənayesində yeni formatlı hadisədir. Məqsəd ziyarətçilərin həm potensial tərəfdaşlarla tanış olmasına, həm də hər bir konkret sahəni hərtərəfli öyrənmək, bu sahədə mövcud meyillər və yeniliklərlə tanış olmaq, peşəkarlıq səviyyəsini artırmaqdır”.

Tədbirin coğrafiyası çox geniş olub. Burada Avropa, Asiya və Amerika ölkələrinin, müxtəlif adalarının nümayəndələri turizmin ən müxtəlif istiqamətlərini təmsil edirdi. Maraqlı yeniliklər sırasında Kannda Kruzaet sahilində yerləşən “Hotel Barrière Le Majestic” otelini xüsusi qeyd etməyə dəyər. Aralıq dənizi sahilində yerləşən bu otelin son dərəcə maraqlı mənzərələrindən əlavə o, qonaqlara bir neçə maraqlı xidmət, o cümlədən aeroportda qarşılanmadan başlamış ekskursiyalar və spa-prosedurlar da daxil olmaqla qonaqpərvərlik paketi təklif olunur.

“Barrière Group”un satış üzrə direktoru Sezar Həbib deyir: “2019-cu il aprelin 13-dən etibarən bizim oteldə 6-12 yaşlı uşaqlar üçün unikal rəqəmsal oyun təklif olunacaq. Balaca müsafirlərin sərəncamına veriləcək planşetə yüklənmiş mobil əlavə oteldə gizlədilmiş xəzinələri axtarmaq barədə tapşırıqlar verəcək. Bu uşaqları qeyri-adi macəralar aləminə aparacaq”.

Bizim turistlərin çox xoşladığı Antaliya “hər şey daxil” konsepsiyası üzrə fəaliyyət göstərən çoxsaylı otellərlə təmsil olunub. Məsələn, Belek şəhərindəki “Susesi Luxury Resort” oteli bu qəbildəndir. Belə kurortların əsas xüsusiyyəti ondan ibarətdir ki, orada yaşama dəyərinə gün ərzində müxtəlif çeşidli qidalar da daxildir. Bu məqsədlə “Susesi Luxury Resort” otelində biri məhz uşaqlar üçün olmaqla səkkiz restoran, bir qənnadı mağazası fəaliyyət göstərir. Mehmanxanada qalan qonaqlara özəl çimərlik, hovuzlar, idman meydançaları, fitnes mərkəzi, akvapark və gündəlik animasiya proqramları da təklif olunur.

Türkiyə azərbaycanlı turistlərə yaxşı tanışdır, Maldiv adaları isə çoxları üçün hələ müəmma kimi qalır. Halbuki, Hind okeanında yerləşən bu dövlət unudulmaz istirahət üçün hədsiz imkanlar verir. “Vakkaru Maldives” otelinin Rusiyada və MDB-də nümayəndəsi Yelena Ovsyannikova bu barədə məlumat verərək deyib: “Maldiv Respublikasının xüsusiyyəti ondan ibarətdir ki, bu ada-dövlətdə atollar şəklində birləşmiş adaların sayı o qədər çoxdur ki, hər bir otel ayrıca adada yerləşir. Turistlər bir adadan digərinə katerlər, bərələr və ya hidroplanlar vasitəsilə gedə bilərlər. Mərcan riflərində dayvinq, snorklinq, dənizdə gəzintilər, etnik turizm Maldivdə əsas əyləncə növləridir. İslam dövləti olan Maldivdəki bütün adalarda məscidlər fəaliyyət göstərir. Özünün xüsusi Mərcan adasında yerləşən bizim oteldən bir adaya ekskursiyalar təşkil edilir. Turistlər həmin adada yerli əhalinin əl işlərini ala bilərlər. Maldiv Respublikasının paytaxtı Male şəhərinə Azərbaycandan bir neçə tranzit reys var. Bu reyslər müxtəlif aviaşirkətlər tərəfindən yerinə yetirilir”.

Seminarda Avropa istiqamətlərindən Yunanıstan daha fəal təmsil olunub. Məsələn, Krit adasındakı özəl yarımadada fəaliyyət göstərən Nəbatat bağında yerləşən və Egey dənizinə çox gözəl mənzərələr açılan “Out of the Blue Capsis Elite Resort” kurortu azərbaycanlı turistlərə öz xidmətlərini təqdim edib. Otelin Rusiyada və MDB ölkələrində nümayəndəsi Marika Kasiteridi deyib: “Kurort çimərlik istirahəti üçün çox münasib ərazidə yerləşir. Bu otel ailəvi istirahət, sağlamlıq və spa-proqramları, idman və uşaq əyləncələri həvəskarlarının ürəyincə olacaq”.

İtaliya Milli Turizm Agentliyinin nümayəndəliyi ENİT də azərbaycanlı həmkarlarla görüşə turizm sahəsinə yeniliklərlə gəlib. ENİT nümayəndəliyinin ofisinin rəhbəri İrina Petrenko deyir: “İtaliya UNESCO-nun dünya irsi obyektlərinin sayına görə liderdir. Ölkədə 53 belə obyekt var. Roma, Florensiya, Venesiya və digər məşhur turizm şəhərləri ilə yanaşı, İtaliyada çoxlu sayda başqa maraqlı istiqamətlər də var. Ölkəmiz kombinə edilmiş turların təşkili üçün geniş imkanlar verir, çünki burada dəniz, dağlar, muzeylər, termal sulu bulaqlar, zəngin milli mətbəx və s. cəlbedici şərait var. Bu il İtaliyanın Matera şəhəri Avropanın mədəni paytaxtı elan edilib. Bu şəhərin Sassi adlanan tarixi məhəlləsi xüsusilə məşhurdur. Orada mağara-evlər yerləşir. Şəhərin qayada çapılmış bütün qədim hissəsi UNESCO-nun dünya irsi obyekti hesab edilir.

İtaliyada çoxlu termal kurortlar var. Venesiya bölgəsində yerləşən Abano-Terme balneologiya kurortu, Toskanın lap mərkəzində, Qrosseto əyalətində yerləşən Terme di Saturniya kurortu, Toska regionundakı Pistoya əyalətində spa-kurort, Kampaniya bölgəsindəki İskya adasında yerləşən dəniz və balneologiya kurortu - bu obyektlərin hər birinin özünəməxsus cəhətləri olduğu üçün arzu edən hər kəs öz zövqünə uyğun seçim edə bilər”.

“Baku Travel Bazaar Spring Edition” vörkşopunda bir sıra başqa təşkilatlar da öz təkliflərini irəli sürüblər. Azərbaycan turizm agentliklərinin nümayəndələri yüksək fəallıq göstərərək əcnəbi həmkarları ilə məmnuniyyətlə ünsiyyət qurublar.

Dünya turizm biznesinin aparıcı iştirakçılarının Azərbaycana marağı onu göstərir ki, ölkəmizdə səyyar turizm bazarı yüksəliş mərhələsindədir və turizm şirkətlərinin nümayəndələri turistlərin artan tələbatının daha yaxşı təmin olunması məsələsini həll etməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib