Bakıda VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçiriləcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Oktyabrın 1-dən 10-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, “IDEA” İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçiriləcək.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müxtəlif məişət tullantılarından hazırlanan sənət əsərlərinin təqdim ediləcəyi sərgidə bu il Azərbaycanla yanaşı, Türkiyə, İran, Ukrayna, Hindistan, ABŞ, Böyük Britaniya, Rusiya və Almaniyanın incəsənət adamları iştirak edəcəklər.
Sərginin məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]