Bakıda Vişeqrad qrupunun turizmə həsr olunmuş təqdimatı keçirilib
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Bakıda Vişeqrad qrupunun təşkilatçılığı ilə “Avropa kvarteti, bir melodiya - Mərkəzi Avropanı kəşf edin” adlı turizmə həsr olunmuş təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Çexiya, Macarıstan, Polşa və Slovakiyanın turizm imkanlarından danışılıb.
Vışeqrad qrupunun yaradılması ilə qarşılıqlı əməkdaşlığın nə qədər mühüm əhəmiyyətə malik olduğu və bunun Mərkəzi Avropa ölkələri arasında əlverişli imkanlar açdığı qeyd olunub.
Sonra hər bir ölkənin turizm zonaları barədə videoçarxlar göstərilib.