Bakıda yorğa atların ölkə çempionatı keçiriləcək
Bakı, 1 noyabr, AZƏRTAC
Bakıda Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə yorğa atların ölkə çempionatı keçiriləcək.
ARAF-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən 50-dək yorğa atı öz gücünü sınayacaq.
Çempionatda Azərbaycanın müxtəlif regionlarında doğulan yerli yorğa atları 8 müxtəlif kateqoriyada və məsafədə mübarizə aparacaqlar.
Yorğa çempionatı ilə yanaşı, cıdır mövsümünün bağlanışı ilə əlaqədar əlavə yarışlar da həmin gün keçiriləcək. 4 qaçışdan ibarət yarışlar Qarabağ, Dilbaz və ingilis atlarının iştirakı ilə reallaşacaq. Hər iki tədbirin qaliblərinə diplom, kubok və müxtəlif mükafatlar təqdim olunacaq.
Binə Atçılıq Mərkəzinin cıdır meydanında təşkil olunacaq tədbir noyabrın 2-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]