Bakıdakı Rus Evində Ümummilli Liderin anadan olmasının 100 illiyi qeyd olunub
Bakı, 18 aprel, AZƏRTAC
Bakıdakı Rus Evində Azərbaycanın Rus Gənclər Assosiasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert olub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konsertdə Azərbaycan Müdafiə Nazirliyinin Nümunəvi orkestrinin solisti Günay Qasımova, beynəlxalq festivallar laureatı, Müdafiə Nazirliyinin hərbi orkestrinin solisti Kənan Qədimov, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Leyla Kərimova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina, “Atəş rəqsi” rəqs qrupu, şairə Günatay Hüseynova, beynəlxalq müsabiqələr laureatı, müğənni Könül Məmmədova, Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ofeliya Dadaşova iştirak ediblər.
Milli Məclisin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Rusiyanın və Tacikistanın Azərbaycandakı səfirliklərinin, QHT Milli Şurasının, təhsil müəssisələri və digər təşkilatların nümayəndələri tədbirə gələnlər arasında olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
- 06.10.2026 [11:38]