Bakıdan Nyu-Yorka birbaşa aviareyslər açılacaqdır VİDEO
Bakı, 16 may (AZƏRTAC). Bakıdan Nyu-Yorka birbaşa aviareyslər açılacaqdır.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov “The Business Year” jurnalına müsahibəsində demişdir.
C.Əsgərovun sözlərinə görə, ABŞ-a mütəmadi reyslər cari ilin yay mövsümünün sonunda açılacaqdır. Artıq bunun üçün ABŞ-ın Federal Mülki Aviasiya İdarəsinin icazəsi alınmışdır. İdarənin ekspertləri Azərbaycan aviasiyasının uçuşlarının beynəlxalq təhlükəsizlik standartlarına uyğun olduğunu təsdiqləmişlər.
“AZAL”ın prezidenti bu reysin Cənubi Qafqazdan ABŞ-a ilk reys olacağını və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mülki aviasiya sahəsində regional lider statusunu daha da möhkəmləndirəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]