Bakının Nəsimi rayonunda və Zərdabda oğurluq hadisələri baş verib
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 22-də Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində Bakı şəhər sakini olan bir nəfərin içərisində 1600 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Əzizov müəyyən olunaraq saxlanılıb.
Daha bir oğurluq hadisəsi isə Zərdabda baş verib. Belə ki, Zərdab şəhəri ərazisindəki mağazaların birindən 5390 manat dəyərində 14 ədəd qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Körpükənd kənd sakini Taleh İsazadə müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]