Bakıya və Abşeron yarımadasına 59 millimetrədək yağıntı düşüb
Bakı, 4 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 3-ü gündüzdən 4-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli, intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-59, Lənkəran-Astara zonasında 22-91, Böyük Qafqazda 4-20, Mərkəzi Aran rayonlarında 3-18, Kiçik Qafqazda 9-27, Qazax-Gəncə bölgəsində 2-9, Naxçıvan Muxtar Respublikasında 3-15 millimetr olub.
Qar örtüyünün hündürlüyü Qubanın Xınalıq kəndində 13, Qusarın Ləzə kəndində 3, Lerik rayonunun dağlıq ərazilərində 10-20 santimetr təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]