Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Baku Guide” kataloqunun aprel nömrəsində...

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan paytaxtına təşrif buyuran qonaqların ənənəvi bələdçisi olan “Baku Guide” kataloqunun yeni çapdan çıxan aprel nömrəsi bahar əhvallı istirahət, mənalı və yaddaqalan səyahət üçün rəngarəng, faydalı informasiya və yazılarla zəngindir.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr olunan kataloqda bu ay Bakıda, eləcə də ölkəmizdə keçiriləcək mühüm tədbirlər, paytaxtın, şəhərətrafının, həmçinin bölgələrimizin gəzməli-görməli məkanları haqqında məlumatlar yer alıb. Bakıda 5-7 aprel tarixlərində təşkil olunacaq 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi, 27-29 aprel tarixlərində baş tutacaq Formula 1 yarışması ilə bağlı materiallar da bələdçi kataloqda dərc edilib. Nəşrdə həmçinin paytaxtımızın mədəni və işgüzar həyatı, aprel ayı üzrə teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası oxuculara təqdim olunur. Bir sözlə, Azərbaycana səyahət edən hər bir turistin, şəhərimizin hər bir qonağının Bakı haqqında öyrənmək istədiyi bilgilər bir ünvanda - “Baku Guide” bələdçisinin səhifələrində cəm olunub.

Nəşrin ənənəvi “Bakını kəşf et” bölməsi bu dəfə “Müasir memarlıq və Bakının qeyri-adi tikililəri” yazısı ilə açılır. Son illərdə paytaxtda inşa edilən və turistlərin marağına səbəb olan binalar - “SOCAR Tower”, “Flame Tower”, “SOFAZ Tower”, “Port Baku Towers” və “Azersu Office Tower” kimi göydələnlər haqqında məlumatlar şəhərin yeni arxitektura nümunələrini diqqətə çatdırır. Modernist arxitektura örnəyi olan bu binalar qarşısında çəkilən fotolar hər bir səyahətçinin albomunun bəzəyi ola bilər.

Kataloqun bu bölməsində paytaxtın tarixi-mədəni və turistik panoramı təqdim olunur. “Özünəməxsus Bakı bazarları”, “Azərbaycanın yaz mətbəxi”, “Bakı parkları və şəhər təbiəti” sərlövhəli yazılar bir-birindən maraqlı mövzular barədə məlumat verir. Bütün bu ab-havanı sözügedən materiallardan duymaq olar. Kataloqun maraqlı səhifələrindən biri də “Azərbaycanın yaz marşrutu”dur. Burada ölkənin dəyişkən iqlimindən söz açılır və yaz fəslində hansı bölgələrə səyahət etmək barədə faydalı məsləhət verilir. Qədim paytaxt Şamaxı, yoxsa bulaqlar, meşələr və dağlıq ərazi ilə bol olan İsmayıllı, bəlkə şabalıd və fındığın vətəni olan Qəbələ? Yaz marşrutunu özünüz seçin. İstəsəniz, nağıllar aləmini xatırladan Şəkiyə də səyahət edə bilərsiniz. Kataloqda bu il Bakıda artıq üçüncü dəfə gerçəkləşəcək Formula 1 yarışmasının qonaqları - dünya estrada ulduzlarının konsertləri barədə də məlumat yer alıb. Ötən illərdəkindən fərqli olaraq, bu il Formula 1 azarkeşləri dünya ulduzlarının çıxışlarını möhtəşəm “Kristal Zal”da dinləyə və seyr də biləcəklər. Kataloqda həmçinin il ərzində nəzərdə tutulan mötəbər tədbirlərə xüsusi səhifə ayrılıb və Bakı Şopinq Festivalı (may), Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı (iyun), “Jara” estrada musiqisi festivalı (iyul), Bakı Caz festivalı (oktyabr) kimi tədbirlərin anonsu verilir.

“Bakı haqqında maraqlı faktlar”dan bəhs edən səhifə rəngarəng kataloqu vərəqləyən hər kəsin diqqətini çəkəcək. Burada qədim şəhərdə lentə alınmış məşhur kinofilmlərdən bəhs olunur. Nəşr paytaxtda fəaliyyət göstərən muzeylər, teatrlar, konsert məkanları ilə tanışlığa da ətraflı imkan yaradır. Hər bir mədəniyyət ocağı haqqında yığcam məlumat turistlər üçün həm də geniş seçim imkanıdır. “Bakının musiqili axşamları” yazısı isə milli və xarici musiqilərin müşayiəti ilə nahar və şam etmək istəyənlərə ünvanlanıb.

Bir-birinə göz vurur, yerdə min büsat qurur Bakının ulduzları. “Yüksəklikdə yalnız ulduzlardır” başlıqlı yazıda Bakının ən gözəl mənzərəsini haradan və hansı məkandan seyr etmək, eyni zamanda həmin məkanda ləzzətli nahar və şam etmək barədə məlumat ala bilərsiniz.

“Brilyant əl” filminin çəkildiyi məkan, “Təzə bəy” hamamı, “Sevgi ağacı”... “Möhtəşəm Bakı - bu məkanların sirrin yalnız baklılar bilir” yazısı səyahətçilərə şəhərin özünəməxsus tarixi ilə məşhur yerlərinin sirrini açır, onlar haqqında məlumat verir.

“Görməli yerlər və tarixi abidələr” bölməsi ənənəvi olaraq oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə və Yanardağa səyahətə, Bakının memarlıq inciləri ilə tanışlığa, İçərişəhərin tarixi məkanlarını gəzməyə dəvət edir.

Nəşrdə diqqətçəkən məqamlardan biri də dini məkanlar, ibadətgahlar haqqında məlumatlardır. Bu səhifə turistləri məlumatlandırmaqla yanaşı, həm də Azərbaycanın tolerant ölkə olduğunu bir daha diqqətə çatdırır.

Kataloqun sonunda “İnfo-bələdçi” bölməsində turistlər üçün zəruri bilgilər, “ASAN Viza” və “Tax-Free” xidməti haqqında informasiyalar, hotellərin, səfirliklərin, turizm informasiya mərkəzlərinin ünvan və telefonları təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib