Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakən yem istehsalı zavodu bölgədə əkinçiliyin və heyvandarlığın inkişafına təkan verir

Balakən, 30 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanda iqtisadi sahədə aparılan islahatların əsas istiqamətlərindən biri hesab olunur. Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində son illər neft sektoru ilə yanaşı, digər sahələrin, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi üçün davamlı tədbirlər həyata keçirilir, Dövlət proqramları, iri layihələr icra olunur. Dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq hər il kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara, iş adamlarına güzəştli kreditlər verilir, məhsul istehsalçılarına subsidiyalar ödənilir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi aqrar sahənin inkişafına göstərilən diqqət və qayğıya daha bir bariz nümunədir.

Ölkənin bir çox regionları kimi, Balakən rayonunun iqtisadiyyatında da kənd təsərrüfatı aparıcı yer tutur. Rayon əhalisi əsasən əkinçiliklə, heyvandarlıqla məşğul olur. Son illər rayonda qarğıdalı istehsalının artırılmasına xüsusilə böyük diqqət göstərilir.

Balakəndə 2008-ci ildən fəaliyyət göstərən “Azəryem Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) yem istehsalı zavodu rayonda əkinçiliyin və heyvandarlığın inkişafına öz töhfəsini verməkdədir. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında Balakən rayonu üçün nəzərdə tutulan tədbirlərə uyğun olaraq yaradılan bu emal müəssisəsi Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2008-ci ilin sentyabrında istifadəyə verilib.

Zavodun direktoru İbrahim İmanov AZƏRTAC-a eksklüziv müsahibəsində müəssisənin fəaliyyət sahələri və “Kənd təsərrüfatı ili”ndə görüləcək işlər barədə ətraflı məlumat verir.

- Yem istehsalı zavodu fəaliyyətə başlayandan sonra Balakəndə qarğıdalı əkininə maraq xeyli artıb. Müəssisənizin bu sahədə rolu nədən ibarətdir?

- Zavodumuzda vitamin və minerallarla zəngin 35 növ yem məhsulları istehsal olunur. Bu məhsullar satış üçün əsasən respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən heyvandarlıq və quşçuluq təsərrüfatlarına göndərilir. Türkiyə istehsalı olan müasir avadanlığın quraşdırıldığı zavodda istehsal və emal prosesi tam kompyuterləşdirilib. Çalışırıq ki, müəssisənin xammala olan tələbatını yerli istehsal hesabına ödəyək. Fəaliyyətə başladığımız ilk vaxtlar Balakən rayonunda cəmi 100 hektar qarğıdalı sahəmiz var idi. Əkin sahələrini ildən-ilə genişləndirdik və 2014-cü ildə artıq Balakən, Zaqatala və Qax rayonlarının ərazisində 1000 hektar sahədə qarğıdalı əkdik. Bundan əlavə, hazırda Şəki və digər rayonların ərazisində 10 min hektar taxıl sahəmiz də vardır. Yeni fəaliyyətə başladığımız dövrdə isə taxıl əkini sahələrimiz cəmi 1000 hektar təşkil edirdi.

Belə emal müəssisələrinin yaradılması şübhəsiz, fermerlərin əkib-becərməyə marağını da artırır. Təkcə bir faktı qeyd edim ki, son illər Balakən rayonunda dən qarğıdalı istehsalının həcmi artıq 40 min tonu keçib. Növbəti illərdə istehsalın daha da artacağı gözlənilir. İlk vaxtlar qarğıdalı əkini üçün fermerlərlə müqavilə bağlayırdıq, onları toxumla təmin edirdik. Lakin indi fermerlər bu sahədə artıq ixtisaslaşıblar, torpağı özləri əkib becərirlər.

- Əldə etdiyimiz məlumata görə, “Azəryem Sənaye” MMC digər istiqamətlərdə də fəaliyyətini ildən-ilə genişləndirir.

Bəli, həqiqətən belədir. “Azəryem Sənaye” MMC tərəfindən özəl heyvandarlıq və bağçılıq təsərrüfatlarının yaradılması istiqamətində də iş aparılır. Katex və Qazbinə kəndlərində yaradılan heyvandarlıq təsərrüfatlarının hər birində hazırda kökəltmə istiqamətində 200 baş cins mal saxlanılır. Heyvanlar 7-8 aylığında Ukrayna və Gürcüstandan gətirilir. Fermalarda sanitariya normalarına uyğun heyvan kəsim meydançaları tikilib. Təsərrüfatda istehsal olunan ət satış üçün yerli bazarla yanaşı, Bakı və Gəncə şəhərlərinə, həmçinin digər rayonlara da göndərilir. Bu sahədə fəaliyyətimizi daha da genişləndirmək, heyvanların sayını 1000 başa çatdırmaq niyyətindəyik.

Bundan əlavə, MMC tərəfindən 2013-cü ildə Katex kəndinin ərazisində 40 hektar sahədə intensiv meyvə bağları da salınıb. Burada Türkiyə və Fransadan gətirilmiş 70 minə yaxın alma tingi əkilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb. Təsərrüfatda 15 nəfər daimi işçi çalışır. Bağ mövsümü zamanı işçilərin sayı 35 nəfərədək artır. Bu il meyvə bağlarından ilk dəfə məhsul gözləyirik.

Tələbatı nəzərə alaraq ötən il zavodun ərazisində tara sexi də açmışıq. Sexdə fermerlər üçün xurma və digər meyvələrin, tərəvəz məhsullarının qablaşdırılması üçün taxta yeşiklər hazırlanır. Meyvə bağlarımız məhsul verdikdə yeşiklər özümüzə də lazım olacaq.

- Həm də 2013-cü ildən “Azəryem Sənaye” MMC-nin nəzdində soyuducu anbar kompleksi də fəaliyyət göstərir.

- Katex kəndində inşa olunan soyuducu anbar kompleksi balakənli fermerlərin istehsal etdikləri meyvə və tərəvəzin uzun müddət və itkisiz saxlanılması üçün nəzərdə tutulub. Anbar kompleksinin açılışında dövlətimizin başçısı şəxsən iştirak edib, xeyir-duasını verib. Belə layihələrin reallaşması əhalinin ərzaq təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Kompleksə inzibati bina və soyuducu kameralar daxildir. Soyuducu kompleksin ümumi tutumu 17 min kubmetr və ya 4,5 min tondur. Soyuducu anbarın istifadəyə verilməsi rayonda meyvəçiliyin və tərəvəzçiliyin inkişafına öz töhfəsini verməkdədir. Fəaliyyətə başladığı birinci ildə soyuducu anbarda 400 ton meyvə saxlanılıb. 2014-cü ildə isə kompleksin soyuducu kameralarına 1000 tona yaxın meyvə qoyulub. Bu il soyuducu anbar kompleksini tam gücü ilə işlətməyi planlaşdırırıq. Çünki meyvə bağlarımız da bu ildən artıq bar gətirəcək.

- Müəssisəniz rayon əhalisinin məşğulluğunun təmin edilməsində müəyyən rol oynayır. Bəs işçilərin güzəranının yaxşılaşdırılması üçün hansı işlər görülür? “Kənd təsərrüfatı ili” ilə bağlı planlarınız nədən ibarətdir?

- Hazırda “Azəryem Sənaye” MMC-nin ayrı-ayrı istehsal sahələrində 200 nəfərdən artıq işçi çalışır. Onların orta aylıq əmək haqları 250 manata çatır. Əvvəl qeyd etdiyim ki, mövcud istehsal sahələrinin fəaliyyətinin genişləndirilməsi “Kənd təsərrüfatı ili”ndə qarşımızda duran əsas vəzifələrdəndir. İstəyirik ki, Balakən, Zaqatala və Qax rayonlarının ərazilərində MMC-yə məxsus olan əkin sahələrini 2 dəfə genişləndirərək 2 min hektara çatdıraq. Çalışacağıq ki, xammal ehtiyaclarımızı yerli istehsal hesabına ödəyək, xaricdən xammal gətirməyək. Heyvandarlıq təsərrüfatlarında ətlik mal-qaranın sayını 1000 başa çatdırmağı planlaşdırırıq. Müəssisənin istehsal gücünün və məhsul satışının artması, şübhəsiz, son nəticədə işçilərin maddi rifah halının daha da yaxşılaşmasına, əmək haqlarının yüksəlməsinə gətirib çıxaracaqdır.

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib