BALAKƏNDƏ ƏHALİNİN MƏŞĞULLUĞUNA DİQQƏT GÖSTƏRİLİR
Rayonda məşğul əhalinin sayının müəyyənləşdirilməsi və nəzarətdə saxlanılması üçün əmək ehtiyatları daim öyrənilir.
Ötən il Məşğulluq mərkəzinə müraciət edənlərin sosial hüquqlarının qorunması üçün bütün imkanlardan istifadə edilmişdir. Mərkəz tərəfindən rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan boş iş yerlərinin toplanılması təmin edilmiş və bu iş yerləri işaxtaranlara təklif edilmişdir. Sonuncu “Əmək yarmarkası”nda isə 26 nəfər vətəndaş münasib işlə təmin olunmuşdur.