Balakəndə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan şahmat yarışında 62 idmançı mübarizə aparır
Balakən, 21 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 21-də Balakən rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş şahmat üzrə birinciliyə start verilib. Balakən Rayon Gənclər və İdman İdarəsinin və rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) birgə təşkilatçılığı ilə keçirilən yarışda 6, 8 və 10 yaşlarında olan 62 oğlan şahmatçı mübarizə aparır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Uşaq-Gənclər İdman-Şahmat Məktəbindən məlumat verilib.
Bildirilib ki, yarışı UGİŞM tərəfindən təyin edilmiş hakimlər heyəti idarə edir. Birinciliyə fevralın 25-də yekun vurulacaq. Hər 3 yaş qrupu üzrə ilk üç yeri tutan şahmatçılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılacaqlar.