BALAKƏNLİLƏR ULU ÖNDƏRİMİZİN ƏZİZXATİRƏSİNİ EHTİRAMLA YAD EDİBLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ulu öndərimizin xatirəsini daim əziz tutan, müqəddəs amallarını qəlblərdə yaşadan balakənlilər dekabrın 12-də axın-axın dahi rəhbərin adını daşıyan parka gələrək, ümummilli liderimizin abidəsi önünə əklil və gül-çiçək dəstələri düzmüş, onun əziz və nurlu xatirəsini ehtiramla yad etmiş, ölməz ruhu qarşısında baş əymişlər.
Rayon icra hakimiyyətinin akt zalında keçirilən ümumrayon anma mərasimində ulu öndərimiz Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən ətraflı söhbət açılmış, ümummilli liderimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı dönə-dönə vurğulanmışdır.
Həmin gün rayon mərkəzində və kəndlərdə ehsanlar verilmiş, məscidlərdə ulu öndərimizin ruhuna dualar oxunmuşdur.