Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balıq ətinin faydaları və istehlakı zamanı gözlənilən təhlükələr

Balıq ətinin faydaları və istehlakı zamanı gözlənilən təhlükələr

Bakı, 16 dekabr, AZƏRTAC

Balıqların soyuqqanlı heyvan növünə aid olmasına baxmayaraq, biokimyəvi tərkibinə görə onların əti istiqanlı cavan heyvan ətinə oxşayır. Balıq ətinin tərkibindəki qida maddələrinə zülalları, yağları, mineral maddələri, vitaminləri, fermentləri və digər bioloji aktiv maddələri aid etmək olar. Mioqlobinin olmaması səbəbindən əksər balıqların əti ağ, tərkibində həmin piqmentə rast gəlinən balıqların, məsələn, qızılbalığın əti isə qırmızı çalarlı olur.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Qiyasəddin Cəlladov, Kəmalə Əliyeva və Fəxrəndə Əlizadənin hazırladığı məqalədə bəhs olunur.

Balıq ətindəki zülallar tərkibinə görə heyvan ətindəki zülallara bənzəsə də, əsasən sadə quruluşa malikdir və tam dəyərli hesab edilir. Həmin zülallar insan orqanizmi üçün vacib sayılan bütün əvəzolunmaz aminturşularla zəngindir. Qlobulyar quruluşa malik sadə zülallar insan orqanizmi tərəfindən asan mənimsənilir və bu, balıq ətinin diyetik olmasını sübut edir.

Balıqların ətində mövcud olan yağlar qiymətli komponentlərlə, o cümlədən linol, linolen, olein, araxidon və digər doymamış ali yağ turşuları ilə zəngindir. Ona görə də balıq yağları heyvan yağlarından fərqli olaraq maye halındadır, eyni zamanda, spesifik qoxu və dada malikdir.

Balıq ətinin tərkibində qlikogen çoxluq təşkil etsə də, onun hidroliz məhsulları olan qlükoza, piroüzüm turşusu və süd turşusuna da rast gəlmək mümkündür. Həmin maddələrin balıq ətinin keyfiyyətinə, o cümlədən dadına və qoxusuna da təsiri böyükdür.

Balıq ətinin yüksək qida dəyərinə malik olmasının digər səbəbi onun aztapılan maddələrlə zəngin olmasıdır. Həmin maddələrə A, D, E vitaminlərini, Zn, Se, Mo, J, Ca, P, Fe və digər mineralları göstərmək olar. Uşaqlarda raxit xəstəliyi və anemiyalar zamanı balıq yağından müalicə vasitəsi kimi istifadə edilməsi xalq təbabətində çoxdan məlumdur. Bu, onun tərkibində asan mənimsənilən D vitamini, kalsium və dəmir elementlərinin çox olması ilə əlaqədardır. Tibbi balıq yağı əsasən treska, köpək balığı və digər yağlı balıq növlərinin qaraciyərindən əldə olunur. Sterilizasiya zamanı termiki təsirə məruz qalmasına baxmayaraq, balıq konservlərinin tərkibində D vitamini kifayət qədər dəyişməz şəkildə qalır.

Faydalı xüsusiyyətləri ilə yanaşı, balıq və məhsulları həm də insan sağlamlığı üçün təhlükə mənbəyi ola bilər. Belə ki, balıq məhsulları mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit hesab olunur. Hətta balıqların dəri örtüyündə, eyni zamanda, qəlsəmə və bağırsaqlarında müxtəlif mikroorqanizm koloniyalarına rast gəlmək mümkündür. Mühitin sanitar-gigiyenik vəziyyətindən asılı olaraq, balıqların dəri səthindəki selik qatında mikrokokklara, sarsinlərə, spor əmələgətirən və spor əmələgətirməyən basillərə, hətta Proteus Vulgaris, Pseudomonas aeruginosa, Pseudomonas fluorescens kimi təhlükəli bakteriya növlərinə rast gəlinir. Qeyd edək ki, balıqların qidalanması zamanı onların həzm traktına sirayət edən müxtəlif mikroorqanizm növləri, o cümlədən şərti patogen və patogen çöpləri artıb çoxalaraq daim bağırsaqlarda yaşayır. Balıqların bağırsaqlarında anaerob toksigen mikroorqanizmlərə də rast gəlmək mümkündür. Bu baxımdan balıq məhsulları toksigen botulizm törədicisi olan Clostridium botuliniumun mənbəyi hesab olunur. Clostridium botuliniuma əsasən nərə və forel balığı növlərinin bağırsaqlarında təsadüf edilir.

Qeyd etmək lazımdır ki, sanitar-gigiyenik olaraq qida təhlükəsizliyi tələbləri çərçivəsində yetişdirilən balıqların əti daha təhlükəsiz hesab olunur. Belə ki, balıqlarda orqanizmin dəri və qəlsəmə örtükləri, həmçinin həzm traktı yolu mikroorqanizmlərin qan və əzələ toxumasına, eləcə də daxili orqanlara nüfuz etməsini əngəlləyən xüsusi hüceyrə qatı ilə mühafizə olunur. Ölmüş balıqlarda həmin “baryer” funksiyası itdiyindən mikroorqanizmlər orqan və toxumalara sirayət edərək artıb çoxalır. Botulizm törədicisinin bağırsaqlardan və balıq gövdəsində yaranan zədələr vasitəsilə əzələ toxumasına nüfuz etməsi isə botulotoksin sintezi ilə nəticələnir.

İnsanların vizual olaraq balığın təzə və istifadə üçün yararlı olmasını müəyyən etmək bacarıqlarına malik olması onların qida toksikozlarından qorunması üçün əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, təzə ovlanmış balığın əzələsi sərt, ağzı kip bağlı, gövdəsi elastik və çətin əyilən, gözləri bərəlmiş və parıltılı olur. Həmçinin bel hissəsinə barmaqla basdıqda əmələ gələn çuxur yeri tezliklə əvvəlki vəziyyətinə qayıdır.

Müəyyən müddət keçdikdən sonra balığın əzələsindəki qlikogenin süd turşusuna parçalanması nəticəsində pH turşuluğa doğru dəyişir və bununla da fermentlərin təsiri ilə balıq ətinin “yetişmə” prosesi baş verir. Fermentlər diri balıqların orqanizmində maddələr mübadiləsini tənzimlədiyi halda, ölmüş balıqlarda üzvi birləşmələrin parçalanması prosesini həyata keçirir. Balıq ətində baş verən parçalanma prosesləri mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yaradır. Fermentlər +18 dərəcə C ≈ +37 dərəcə C temperaturda aktiv olduğu və isti hava şəraitində mikrobioloji çirklənmə ilə əlaqədar olaraq balıq məhsulları tez xarab olur. Mənfi temperaturda isə əksinə, fermentativ proseslər zəiflədiyindən balıq məhsulları gec xarab olur.

Balıqların ovlanma, saxlanma və daşınma dövründə zədələnmələrə məruz qalması onların qida keyfiyyətinə mənfi təsir göstərir. Odur ki, çürümə bakteriyalarının inkişafının qarşısının alınması məqsədilə təzə ovlanmış balıqların dərhal 0 dərəcə C-yə qədər soyudulması tövsiyə olunur. Balıq məhsullarında aerob və anaerob bakteriyalar tərəfindən zülallar aralıq məhsullara (ammonyak, indol, skatol, fenol, metan və s.) parçalanır ki, bu da pis qoxu və dadın əmələ gəlməsinə səbəb olur. Əlavə olaraq, yağların parçalanması ilə əlaqədar olaraq balıq məhsulları insan istehlakı üçün yararsız hala düşür.

Beləliklə, qiymətli və diyetik qida növü hesab olunan balıq və balıq məhsullarından maksimum faydalanmaq üçün yalnız baytarlıq ekspertizasından keçirilən və müvafiq temperatur rejimində saxlanılan məhsulların istehlakı tövsiyə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb