BANK ƏMƏLİYYATLARI APARMAQ ÜÇÜN 124 KREDİT TƏŞKİLATININ LİSENZİYASI VARDIR
Həmin dövrə əhalidən əmanətlərin cəlb edilməsinə 39, xarici valyuta ilə əməliyyatın aparılmasına 42, qiymətli metallarla əməliyyatların aparılmasına 2, təminatların və tapşırıqların verilməsinə 40, plastik kartlarla əməliyyat aparılmasına 33 kredit təşkilatının icazəsi olmuşdur.
İlin əvvəlindən bəri respublikada 43 bank, o cümlədən xarici kapitalın iştirakı ilə 17 bank fəaliyyət göstərmişdir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50 faizdən 100 faizə qədərini, 10 bankın nizamnamə kapitalının isə 50 faizdən az hissəsini təşkil edir.
Mövcud kredit təşkilatlarının filiallarının sayı 376-ə çatdırılıb. Kredit təşkilatlarının xaricdə 1 filialı, 2 nümayəndəliyi, 1 törəmə bankı fəaliyyət göstərir. Bank olmayan kredit təşkilatlarının isə ilin birinci yarısında 25 filialı fəaliyyət göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:53]
Hərracda 12 nəqliyyat vasitəsi satılıb
- 07.10.2026 [14:07]