“BANK STANDARD” YENİ XİDMƏTLƏRİNİ TƏQDİM ETMİŞDİR
Bankdakı “Qızıl hesab”ı kapitalın qorunub saxlanılması ilə yanaşı, yüksək gəlir əldə etməyə də imkan yaradacaqdır. Bu məqsədlə bank artıq 10 kiloqrama yaxın 999,9 əyarlı qızılı ölkəmizə gətirmişdir. Üç müxtəlif xidməti özündə birləşdirən yeni kampaniya Azərbaycanda ilk dəfə olaraq əhaliyə əmanəti qızıla və ya qızılla bağlı maliyyə məhsullarına yerləşdirməyi təklif edir.
Birinci xidmət qızılın bank tərəfindən fiziki alqı-satqısıdır. Bu zaman müştərilər öz yığımlarını qızıl şəklində edə bilərlər. Bu məqsədlə 5, 10, 20, 100, 250 və 500 qramlıq külçələr vardır.
İkinci məhsul “İndeksli qızıl depozit hesabı”dır. Minimum 1000 manat/avro/dollar müddəti 18 ay olmaqla illik 5 faiz gəlir gətirəcəkdir. Bu hesab növünün üstünlüyü müddət qurtardıqda müştərinin əsas məbləğdən əlavə, həm də əmanət dövründə qızılın qiymətinin dünya bazarlarında artım tempinə uyğun olaraq yaranan fərqin 50 faizini də almasıdır. Bu depozitdə bütün riskləri bank üzərinə götürür, belə ki qızılın qiymətinin düşəcəyi halda belə müştəri öz illik 5 faizini tam alacaqdır.
Üçüncü xidmət isə “İrəli vədəli fərdiləşdiriliməmiş (cismən təqdim olunmayan)” qızılın alışıdır. Bu məhsul dünya bazarlarında qiymətin kəskin dəyişməsindən yüksək gəlir əldə etməklə yanaşı, bunu eyni zamanda qiymətin düşəcəyi halda da itki hesabına etmək istəyən müştərilər üçündür. Əməliyyat zamanı alıcıdan əlavə dəyər vergisi tələb olunmur.