Banklar dörd ayda 564 milyon manatlıq əməliyyat mənfəəti əldə ediblər
Bakı, 27 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında banklar 339,8 milyon manat xalis mənfəət, 564,4 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, cari ilin 4 ayında banklar tərəfindən ümumilikdə 90,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 54 milyard 607,1 milyon manat, cəmi öhdəlikləri 47 milyard 625,5 milyon manat, balans kapitalı 6 milyard 981,6 milyon manat olub.
Cari ilin aprel ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3,4 artaraq 35 milyard 438,8 milyon manat təşkil edib. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 215,8 milyon manat azalaraq 2 milyard 369,7 milyon manat olub. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki azalma ilə əlaqədardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:47]
Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]