BANM-in əcnəbi məzunları indi haradadır?
Bakı, 27 fevral, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunları dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərirlər və hər biri öz sahəsində mühüm vəzifələrdə çalışır. Onlardan biri də Özbəkistanda fəaliyyət göstərən MBA məzunu Bexzod Şamsiyevdir. O, “Özbəkistan Sənaye və İnşaat Bankı” ASC-də maliyyə institutları və investorlarla əlaqələr departamentinin direktor müavini vəzifəsində çalışır.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Bakı Ali Neft Məktəbində MBA təhsilinin peşəkar həyatında dönüş nöqtəsi olduğunu bildirən Bexzod Şamsiyev bu barədə belə deyir: “Proqramın geniş tədris planı mənə strateji idarəetmə, maliyyə təhlili və liderlik sahəsində vacib bacarıqlar qazandırdı.
Təcrübəli mentorlar və universitet rəhbərliyinin dəstəyi ilə analitik düşünmə, yenilikçi yanaşmalar və əsaslandırılmış qərarlar qəbul etməkdə bacarıq əldə etdim. MBA proqramı biliklərimi genişləndirməkdən əlavə, özümə olan inamımı və peşəkar dünyagörüşümü gücləndirdi.
Təhsilimi bitirdikdən sonra Özbəkistanın ikinci ən böyük bankında maliyyə institutları və investorlarla əlaqələr üzrə direktor müavini olaraq karyeramı irəlilətdim. Bu təhsil mənim peşəkar inkişafımda və yeni imkanlara qapıların açılmasında əvəzsiz rol oynadı”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]