BANM-in rektoru tələbələrlə görüş keçirib
Bakı, 13 may, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov tələbələrlə görüşlərini davam etdirir. O, bütün kurs və ixtisaslar üzrə ənənəvi görüşlər keçirərək tələbələrin fikirlərini dinləyib, suallarını cavablandırıb.
Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verilib.
Görüşlərdə təhsil prosesi, beynəlxalq təcrübə proqramları və təkliflər müzakirə olunub.
Rektor görüşlərdə BANM-in inkişaf strategiyası və tələbələrin inkişafı üçün yaradılan imkanlar barədə danışaraq bu görüşlərin qarşılıqlı etimadın gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.