Banqladeşdə COVID-19 virusuna yoluxanların sayı 370 mini ötüb
Pekin, 5 oktyabr, AZƏRTAC
Son sutka ərzində Banqladeşdə yeni növ koronavirusa (COVID-19) 1442 yoluxma və bu virus səbəbindən 27 ölüm faktı qeydə alınıb.
AZƏRTAC Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 370 mini ötüb, ölənlərin sayı isə 5375-ə çatıb.
İdarənin açıqlamasında deyilir ki, indiyədək virusa yoluxanların 76 faizi sağalıb, 1,45 faizi ölüb. Ölkədəki COVID-19 pasiyentlərinin təxminən 75 faizi evdə və ya yaşadıqları yerlərdə müalicə alırlar. Tibbi personal onların vəziyyətini telefon və ya internet portalı vasitəsilə nəzarətdə saxlayır.
Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]