“Barselona” 2021-ci ilədək mövsüm gəlirlərini 1 milyard avroya yüksəltməyi planlaşdırır
Bakı, 22 fevral, AZƏRTAC
“Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu maliyyə göstəricilərinin artmasından bəhs edib.
AZƏRTAC xəbər verir ki, X.Bartomeu 2021-ci ilədək mövsüm gəlirlərini 1 milyard avroya yüksəltməyi planlaşdırdıqlarını və bunun klub üçün yaxşı xəbər olduğunu bildirib. Onun sözlərinə görə, bu, futbol biznesinin inkişaf etdiyinin göstəricisi və azarkeşlər üçün müsbət amildir.
“Barselona”nın prezidenti əlavə edib ki, bu mövsüm klubun gəlirləri 900 milyon avroya yüksələ bilər ki, bu, əvvəlki göstəricidən 20 faiz çoxdur.
Bundan başqa, yaxın vaxtlarda “Barselona”nın infrastrukturunu, o cümlədən “Kamp Nou” stadionunu yeniləməyə imkan verəcək kontraktın imzalanması da gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]