Barselona 2022-ci ildə Avropanın meşə paytaxtı adını qazanacaq
Madrid, 27 oktyabr, AZƏRTAC
2014-cü ildən bəri Bilbao, Sankt-Peterburq, Vyana, Oslo, Aberdin, Bonn Avropanın meşə paytaxtı adına layiq görülüb, Praqa bu şərəfə 2021-ci ildə nail olacaq.
AZƏRTAC xəbər verir ki, 2022-ci ildə Avropanın meşə paytaxtı Barselona seçilib. Namizədin seçim prosesinin yekun mərhələsində Madrid, Soriya (İspaniya) və Novi-Sad (Serbiya) şəhərləri Barselona ilə rəqabət aparıblar.
Syerra-de-Kolserola Təbiət Parkı, Kataloniya sahilboyu dağ silsiləsi və Qarraf Təbiət Parkı da daxil olmaqla, Barselonanın mərkəzi hissəsinin təxminən 40 faizi mühafizə olunan təbii məkandır.
2022-ci il ərzində Barselonada ətraf bioloji mühitin şəhər iqtisadiyyatına təsiri və təbii məkanlardan daha həmahəng istifadə mövzusu ilə bağlı çoxsaylı tədbirlər keçiriləcək.
2022-ci ilin oktyabrında keçiriləcək əsas konfransın isə bir neçə məkanda - “Hospital de Sant Pau”nun binasında (Avropa Meşə İnstitutunun mənzil-qərargahlarından biri burada yerləşir), “Valldaura Labs IAAC” elmi-tədqiqat institutunun və Syerra-de-Kolserola Təbiət Parkının ərazisində təşkil olunacağı gözlənilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]