“Barselona” Buffonla müqavilə imzalaya bilər
Bakı, 7 iyun, AZƏRTAC
İtaliyalı qapıçı Canluici Buffonun İspaniyanın “Barselona” komandasının oyunçusu olmaq ehtimalı var. Bu barədə italiyalı jurnalist Canluki di Marsionun rəsmi saytında bildirilir.
AZƏRTAC xəbər verir ki, Fransanın “PSJ” klubu 41 yaşlı qapıçı ilə müqavilənin müddətini uzatmayacağını elan edib. Hərçənd, hər iki tərəfin razılığı olduğu halda bu müqavilənin müddətini daha bir il uzatmaq mümkün idi. Buffon ilə razılaşmanın müddəti iyunun 30-da bitir. Qapıçı parislilərlə keçirdiyi 25 oyunda qapısından 25 top buraxıb.
Bildirilir ki, “Barselona” bu təcrübəli qolkiperi ehtiyat qapıçı qismində götürmək niyyətindədir. Daha əvvəl Türkiyənin “Fənərbaxça” və İtaliyanın “Breşiya” klubları Buffonla müqavilə bağlamaq arzularını bildirib. Qapıçının karyerasını Almaniyada və Çində davam etdirmək variantı da var. Braziliyanın “Fluminense” klubu isə ona klub prezidenti postunu təklif edib.
Buffon “Yuventus”un tərkibində dörd dəfə İtaliya Kubokunun, beş dəfə İtaliya Superkubokunun və doqquz dəfə İtaliya çempionatının qalibi olub. Qolkiper, həmçinin İtaliya yığmasının tərkibində 2006-cı ildə dünya çempionu adını qazanıb. 2018-ci ildə “PSJ”-yə keçən Buffon bu komandanın Fransa Superkubokunu və ölkə çempionu titullarını qazanmasına kömək edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]