Baş Prokurorluğun mətbuat xidməti #dövlətittihamı həştəqi ilə növbəti videoçarx hazırlayıb VİDEO
Bakı, 11 yanvar, AZƏRTAC
Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, əhalinin maarifləndirilməsinə xidmət edən kompleks tədbirlər həyata keçirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən videoçarxlar hazırlanıb ictimaiyyətə təqdim olunur. Belə layihələrdən biri də dövlət ittihamının həyata keçirilməsi ilə bağlı prokurorluq orqanlarının fəaliyyətini əks etdirən videoçarxların hazırlanaraq #dövlətittihamı həştəqi altında ictimaiyyətə təqdim olunmasıdır.
Bu həştəq altında təqdim olunan növbəti videoçarxda təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 177.2.2-ci (Oğurluq təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılan cinayət işi üzrə cəzanın təyin olunmasında dövlət ittihamçısının rolu, mövqeyi, eləcə də nəticədə təyin edilmiş cəzanın növü və müddəti barədə məlumat almaq mümkündür.