Baş Prokurorluq uşaqlara qarşı zorakılıq hallarının artması ilə əlaqədar videomüraciət yayıb
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu son günlər uşaqlara qarşı zorakılıq hallarının artması ilə bağlı videomüraciət yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan videomüraciətdə deyilir: “Təəssüf hissi ilə qeyd edilməlidir ki, son günlər uşaqların zorakılığa məruz qalması faktlarının sayı artmaqdadır. Bununla bağlı Baş Prokurorluq vətəndaşlara müraciət edərək uşaqlara qarşı fiziki, psixi və sair zor tətbiq edilməsi hallarının şahidi olduqları halda dərhal bu barədə 961 - nömrəli Çağrı Mərkəzinə zəng vuraraq məlumat vermələrini xahiş edir. Uşaqların həyatına biganə qalmayın! #uşaqzorakılığınasusma”.