Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş Prokurorluqda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 13 dekabr tarixli “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncamına uyğun olaraq, ölkəmizin ərazisində və respublikamızın hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Yanvarın 18-də Baş Prokurorluqda 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, hələ 1987-ci ildə Sovet İttifaqının həmin dövrdəki rəhbərliyinin ulu öndər Heydər Əliyevi hakimiyyət strukturlarından uzaqlaşdırması ilə xalqımızın ağır və məhrumiyyətli günləri başlayıb. Hadisələrin bu cür gedişi isə son nəticədə azərbaycanlıların əzəli torpaqlarından deportasiya edilməsinə, Bakıda dinc əhaliyə qarşı kütləvi qırğınların baş verməsinə, eləcə də erməni millətçiləri tərəfindən torpaqlarımızın işğalına gətirib çıxarıb.

Həmin dövrdə Azərbaycanda başlanmış milli azadlıq hərəkatını boğmağa çalışan və var gücü ilə erməni separatizmini dəstəkləyən Mixail Qorbaçov və onun məqsədli şəkildə Azərbaycan xalqına sırıdığı, faktiki olaraq Moskvanın oyuncağına çevrilən Əbdürrəhman Vəzirov yaranmış vəziyyətlə əlaqədar xalqla birbaşa dialoqa girmək, onları narahat edən məsələlərin həlli istiqamətində real işlər görmək əvəzinə açıq-aşkar satqınçılıq mövqeyi sərgiləməsi xüsusi vurğulanıb.

Məlumat verilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri Bakıda müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan xalqımızın milli azadlıq mübarizəsini boğmaq məqsədilə totalitarizmin törətdiyi ən qanlı terror aktlarından birini - 20 Yanvar cinayətini törədib. Hadisələr nəticəsində 132 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs edilib.

Bildirilib ki, 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi cinayətlərə etiraz olaraq xalqımızın ümummilli lideri Heydər Əliyev həmin vaxt yaşadığı Moskvada cəsarət göstərərək oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın nümayəndəliyinə gələrək doğma xalqına qarşı cinayət törətmiş şəxslərin cəzalandırılmasına dair kəskin bəyanatla çıxış edib.

Qeyd olunub ki, əhaliyə fövqəladə vəziyyət haqqında fərman elan edilmədən qoşun hissələrini Bakıya yeridib günahsız insanların qətlə yetirilməsi, yaralanması və digər faktlar üzrə dərhal cinayət işinin başlanmaması və istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməməsi o zamankı Azərbaycan SSR Baş Prokurorluğunun rəhbərliyi tərəfindən cinayət-prosessual qanunvericiliyinin ən kobud pozuntusu kimi qiymətləndirilməlidir.

Diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsi ilə bağlı cinayət işi hadisələrdən yalnız iki il sonra - 1992-ci il fevralın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanılsa da, cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tutarlı tədbirlər görülməyib, səthi istintaq aparılıb, təqsirkar şəxslərin əməllərinə faktiki olaraq hüquqi qiymət verilməyib.

Xüsusi vurğulanıb ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər olmadan mümkün olan bütün istintaq hərəkətləri yerinə yetirilib, axtarışda olan təqsirkar şəxslərin tutulub istintaqa təqdim edilmələri üçün Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına qanunla müəyyənləşdirilmiş bütün zəruri sənədlər təqdim edilib. Rusiya Federasiyasının Baş Prokurorluğu 1990-cı ilin yanvar hadisələri haqqında cinayət işinin 68 cildinin geri qaytarılmasından dəfələrlə əsassız olaraq imtina edib.

Bildirilib ki, 1992-ci ildə hakimiyyəti qanunsuz yolla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəyə rəhbərlik etdikləri bir il ərzində xalqımıza qarşı xəyanət edərək 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməyib, bu faciəyə biganə qalıb.

Azərbaycan xalqına qarşı törədilmiş bu bəşəri cinayətə məhz ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verilib. Hadisənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və hüquqi qiymət alması məqsədilə ümummilli lider Heydər Əliyevin imzaladığı “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmana əsasən, Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il martın 29-da keçirilmiş xüsusi sessiyasında 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunub, bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Qeyd edilib ki, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, Şəhidlər xiyabanında ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi qəhrəmanlıq və rəşadətin əbədiləşən rəmzinə çevrilib.

Xüsusilə vurğulanıb ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Qanlı Yanvar hadisələrində əlil olmuş və ailə üzvlərini itirmiş şəxslərə verilən sosial müavinətlərin məbləği həyata keçirilən geniş sosial paketlərlə artırılıb, eləcə də onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı şəhidlərimizin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrilib. Paytaxtın Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin inşası 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan biri olub.

Ölkəmizdə sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, sosial həssas əhali qruplarının, o cümlədən 20 Yanvar hadisələrində əlil olmuş və ailə üzvlərini itirmiş şəxslərin problemlərinin aradan qaldırılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər xüsusi vurğulanıb.

Mərasimin sonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb