Basketbol 3x3 üzrə Dünya Qadın Seriyasının “Astara” mərhələsində yarımfinalçılar müəyyənləşib
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də basketbol 3x3 üzrə Dünya Qadın Seriyasında “Astara” mərhələsinin dörddəbir final oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, dörddəbir final mərhələsinin birinci oyununda Ukrayna seçməsi Polşa komandasına 16:13 hesabı ilə qalib gəlib. Klub təmsilçimiz “Neftçi” isə bu mərhələdə güclü Çin millisinə 6:21 hesabı ilə məğlub olub. Digər oyunlarda Avstriya 14:8 hesabı ilə Macarıstana, Misir seçməsi isə 21:13 hesabı ilə Çinin “Yuanda” klubuna qalib gəlib.
Beləliklə yarımfinalda Ukrayna - Çin və Avstriya - Misir görüşləri oynanılacaq.