Basketbol üzrə Azərbaycan millisi və “Neftçi”nin oyunlarının təqvimi açıqlanıb
Bakı, 25 avqust, AZƏRTAC
Macarıstanın Debretsen şəhərində 27-28 avqust tarixlərində 12 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının 20-ci mərhələsi baş tutacaq.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu mərhələdə iştirak edəcək qadınlardan ibarət millimiz D qrupunda "Düsseldorf Zoos" (Almaniya) və "Qyor" (Macarıstan) klubları ilə qarşılaşacaq.
Təmsilçimiz “Neftçi” isə B qrupunda ABŞ və Ukrayna yığmaları ilə mübarizə aparacaq.
Millimiz qrupdakı ilk oyununu avqustun 27-də Bakı vaxtı ilə saat 15:40-da "Düsseldorf Zoos" klubuna qarşı, “Neftçi” isə həmin gün Bakı vaxtı ilə saat 14:50-də Ukrayna seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]