Basketbol üzrə U-16 millimiz Avropa çempionatının finalına yüksəlib
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada 16 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, yarımfinalda U-16 millimiz Andorra yığmasını 87:64 hesabı ilə məğlub edərək Avropa çempionatının finalına vəsiqə qazanıb.
Finalda millimizin rəqibi Kipr-Kosovo cütünün qalibi olacaq. Oyun iyulun 27-də keçiriləcək.