SİYASƏT
Başlıbel sakini: Çəkdiyimiz əzabları unutdurmağa imkan verənlərə minnətdarıq

Bakı, 28 sentyabr, AZƏRTAC
Biz olmazın zülm çəkdik. Ermənilər Başlıbel sakinlərinə cəhənnəmi yaşatdılar. Amma bizim dövlət ermənilərə, yəni mülki əhaliyə bu zülmü heç vaxt etməz. Çünki Azərbaycan humanist dövlətdir.
AZƏRTAC xəbər verir ki, bunu Başlıbel qətliamının şahidi, 113 gün mühasirədə qalmış İsmət Əzizov Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı ingilis dilində hazırlanan hesabatın sentyabrın 28-də təqdimatı zamanı deyib.
Başlıbel sakini ölkəmiz, xalqımız üçün əzab-əziyyətli günlərin artıq arxada qaldığından məmnunluğunu ifadə edib.
"Azərbaycan qalib gəldi. Torpaqlarımız qaytarıldı. Başlıbeldə çəkdiyimiz əzabları bizi unutdurmağa imkan verən Müzəffər Ali Komandan İlham Əliyevə, rəşadətli Ordumuza dərin minnətdarlığımızı bildiririk. Dövlətimiz var olsun və daha da güclənsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə İsmət Əzizov vurğulayıb.