BATUMİ BAZARI UĞRUNDA İKİAYLIQ QARŞIDURMAYA SON QOYULMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Acarıstan Muxtar Respublikasının yeni rəhbərliyi Batumi şəhərinin mərkəzindəki bazarı şəhərin kənarında tikilmiş müasir tipli bazara köçürməyi qərara almışdır. Bu, satıcıların narazılığına səbəb olmuş və təqribən iki ayadək davam edən mübahisə toqquşma ilə nəticələnmişdir. Satıcılar xüsusi təyinatlı polis ilə əlbəyaxa olmuşlar. Acarıstan daxili işlər naziri David Qlontinin sözlərinə görə, nəticədə 12 polis xəsarət almışdır. Bazara xüsusi təyinatlı polisin 500 nəfər əməkdaşı yeridilmiş və satıcılar köhnə bazarı tərk etmək məcburiyyətində qalmışlar. 13 nəfər həbs edilmiş, 5 nəfər qadın yaralanmışdır.
Batumi bələdiyyəsi bazarın giriş pilləkənlərini buldozerlərlə uçurmağa dair göstəriş vermiş və hazırda buraya texnika gətirilmişdir. İlkin məlumata görə, köhnə bazarın sahəsi özəlləşdiriləcəkdir, lakin onun gələcək sahibinin soyadı hələlik gizli saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]