Azərbaycan Dövlət İnformasiya Agentliyi

Batumidə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir

Batumi, 28 avqust  (AZƏRTAC). Avqustun 28-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gürcüstanın Batumi şəhərində “Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ilində” mövzusunda konfrans keçirilmişdir.

Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmilərinin, parlamentlərin deputatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri konfransı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.

Nazim İbrahimov demişdir ki, bu konfrans Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilir. Məqsədimiz müstəqilliyimizin iyirmi ilinə nəzər yetirmək, qazanılmış nailiyyətləri qiymətləndirməkdir. Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun dərin tarixi köklərə əsaslandığını qeyd edən Nazim İbrahimov bu baxımdan belə bir tədbirin Gürcüstanda keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırmışdır. Sovet İttifaqının süqutu ərəfəsində Azərbaycan və gürcü xalqlarının eyni tarixi taleyi yaşadıqlarını söyləyən komitə sədri Azərbaycanda 20 Yanvar, Gürcüstanda 9 Aprel faciələrinin xalqlarımızın şərəfli tarixinin qəhrəmanlıq salnaməsi kimi hər zaman böyük ehtiramla xatırlanacağını vurğulamışdır.

Ötən əsrin 90-cı illərində hər iki ölkədə baş qaldırmış etnik separatizmin çox ağır itkilərə səbəb olduğunu söyləyən Nazim İbrahimov bu münaqişələr nəticəsində Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün pozulduğunu, minlərlə insanın həyatını itirdiyini bildirmişdir. Komitə sədri demişdir ki, buna baxmayaraq xalqlarımız müstəqilliklərini qoruyub saxlamağa, möhkəmləndirməyə, dünya birliyinə inteqrasiya yoluna çıxmağa müvəffəq olmuşlar.

“Bizi birləşdirən yalnız tarixi dostluq ənənələri deyildir. Biz həm də regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdə etibarlı tərəfdaş kimi çıxış edirik. Azərbaycanın və Gürcüstanın iştirakı olmadan transregional layihələrin reallaşdırılması mümkün deyildir. Ölkələrimizi yalnız irimiqyaslı iqtisadi layihələr deyil, həm də xalqlarımızın milli maraqları birləşdirir. Azərbaycan və Gürcüstan demokratik dəyərlərin uğurla tətbiqi, müasir milli dövlət quruculuğu yolunda inamla addımlamaqdadır. Ölkələrimizin birliyi seçdiyimiz strateji inkişaf xəttini müvəffəqiyyətlə həyata keçirməyə imkan verən əsas amillərdəndir”, - deyə komitə sədri vurğulamışdır.

Konfransın Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı iyirmi il ərzində görülmüş işlərə, əldə olunmuş nailiyyətlərə, o cümlədən Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif aspektlərinə dair məruzələri dinləməyə, Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası sahəsində görülmüş işlərə nəzər salmağa imkan verəcəyini qeyd edən Nazim İbrahimov bu müzakirələrin ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəm təməllərə əsaslandığını bir daha təsdiq edəcəyinə əminliyini söyləmişdir.

Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndikdən sonra tədbir “Müstəqilliyimiz əbədidir” sənədli filminin nümayişi ilə davam etmişdir.

Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri M.Davitaya demişdir ki, onun ölkəsi hər zaman Azərbaycanın inkişafını böyük maraqla müşahidə edir. Azərbaycan ilə Gürcüstanın tarixləri hər zaman bir-birinə bağlı olmuşdur və bu, indi də davam edir.

“XX əsrin əvvəllərində qızıl ordu Azərbaycanı işğal etdikdən, qonşu ölkə müstəqilliyini itirdikdən sonra, Gürcüstan da eyni aqibəti yaşamışdır. Həmçinin SSRİ-nin süqutu ərəfəsində Bakıda baş verən hadisələr sonradan Gürcüstanda da təkrarlanmışdır. Bu və digər hadisələr göstərir ki, hər iki ölkə bir-birinə nə dərəcədə bağlıdır. Bizim tarixlərimiz demək olar ki, bir-birinə hopmuşdur”, - deyə M.Davitaya əlavə etmişdir. Azərbaycanın və Gürcüstanın dostluğunu dünyaya nümunə kimi səciyyələndirən M.Davitaya bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkələrimizin dostluq münasibətlərinin perspektivlərini görürdü və bu istiqamətdə addımlar atırdı. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili bu siyasəti uğurla davam etdirirlər. Bu dostluq sayəsində biz inkişafımızın ən yüksək mərhələsinə nail olacağıq.

Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze çıxışına Dünya azərbaycanlılarının III qurultayının əhəmiyyətini xatırlatmaqla başlamışdır. O demişdir ki, həmin qurultay Azərbaycanın sürətli inkişafının nümayişi idi. Bugünkü konfransı da həmin qurultayın davamı hesab etmək olar. Gürcüstan azərbaycanlılarının Gürcüstan dövlətinin inkişafına əhəmiyyətli töhfə verdiklərini qeyd edən David Kirkitadze, onlara təşəkkürünü bildirmişdir.

Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Vaya Bolkvadze Acarıstanın inkişafında Azərbaycan sərmayəsinin mühüm rol oynadığını bildirmişdir.

Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov görülən işlərdən danışmış, Batumi ilə Lənkəran arasında əməkdaşlıq üçün yaxşı zəmin yarandığını diqqətə çatdırmışdır.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov konfransda “Azərbaycan Respublikasının Cənubi Qafqazın iqtisadi və siyasi inkişafında rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.

Azərbaycanın regionun inkişafındakı rolundan danışan Ə.Həsənov demişdir ki, ölkəmiz dost Gürcüstanın tərəqqisində də maraqlıdır. Biz təkcə Gürcüstanda yaşayan azərbaycanlıların deyil, ümumilikdə gürcü xalqının firavan həyatının təmin olunmasını istəyirik.

Əli Həsənov demişdir ki, hər bir xalq, hər bir dövlət ilk növbədə özünün müstəqilliyi, inkişafı haqqında düşünərkən, öz dövlətinin, millətinin maraqlarını düşünür, fəaliyyətini bu istiqamətdə qurur və onu həyata keçirir. Eyni zamanda, hər bir dövlət özünün geosiyasi əhatəsini, malik olduğu resurslardan istifadə taktikasını müəyyən etmədən, yaşadığı coğrafiyanın reallıqlarını nəzərə almadan, təcrid olunmuş vəziyyətdə inkişaf edə bilməz. Bu mənada Cənubi Qafqazın coğrafi və geosiyasi reallıqları elədir ki, burada yaşayan xalqlar, dövlətlər bir yerdə, sülh şəraitində yaşamağa, bir-birinə dəstək verməyə məhkumdurlar. Cənubi Qafqazın tarixində hər zaman belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. 1918-1920-ci illərdə Cənubi Qafqazda milli dövlətlərin yaranması da bir-biri ilə əlaqəli proseslər idi.

Məruzəçi Azərbaycan xalqının həmin dövrdə ermənilərə dövlətlərini qurmaq və paytaxt yaratmaq məqsədi ilə özünün qədim, tarixi xanlığı olan İrəvan xanlığını bəxş etdiyini və İrəvan şəhərini onlara verdiyini xatırlatmış və demişdir ki, Cənubi Qafqazın tarixində belə genişürəkliliklə atılan addımların sayı çoxdur. Təəssüf ki, azərbaycanlıların və gürcülərin bu xoş məramlarından sui-istifadə halları da az olmamışdır. Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri, bu ərazilərdəki etnik separatizm buna əyani sübutdur. Bütün bunlar kənardan qızışdırılan və Cənubi Qafqaz xalqları arasında nifaq salan hallardır.

Prezident Administrasiyasının şöbə müdiri Azərbaycanın Cənubi Qafqazın iqtisadi, siyasi, sosial və ümumi geosiyasi həyatında həmişə önəmli yerlərdən birini tutduğunu vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan həm ərazisinə, həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bölgədəki təbii-coğrafi qaynaqlarına və geosiyasi üstünlüklərinə görə Cənubi Qafqazın ən böyük dövlətidir. Cənubi Qafqazda orta hesabla 60 milyard dollara yaxın həcmdə ümumi daxili məhsul istehsal edən yeganə ölkə Azərbaycandır. Əhalisinin gəlirinə görə də Azərbaycan Cənubi Qafqazın ən öndə gedən ölkəsidir. Regionun ümumi iqtisadi resurslarının təxminən 70 faizi Azərbaycana məxsusdur. Cənubi Qafqazın bütün enerji qaynaqları üzrə ən zəngin ölkəsi də Azərbaycandır. Ölkəmizin 30-50 ilə çatacaq neft, 120 ilə kifayət edəcək təbii qaz ehtiyatları vardır. Azərbaycanın yalnız neft və qazdan əldə etdiyi gəlirlərinin ildə 30-35 milyard dollar olduğunu nəzərə alsaq, bu, 100 il ərzində təkcə Azərbaycan xalqının deyil, bütün Cənubi Qafqaz əhalisinin olduqca yüksək səviyyədə yaşamasına bəs edəcək sərvətdir. Azərbaycan öz təbii resurslarından istifadə taktikasını müəyyən edərkən təkcə öz xalqının maraqlarını düşünməmiş, bu sərvətlərdən sivil istifadənin bütün qapılarını açmışdır. Həmin sərvətlərdən gürcü xalqı da, erməni xalqı da bəhrələnə bilərlər. Bunun üçün Azərbaycan torpaqlarının işğalına son qoyulmalı, bölgədə sülh bərpa olunmalı, bütün kommunikasiyalar açılmalıdır. Əməkdaşlıq üçün bizim bütün qapılarımız açıqdır.

Professor Əli Həsənov demişdir ki, Azərbaycan ilə Gürcüstan strateji müttəfiqlərdir. Dövlətlərimiz tarixən çətin məqamlarda bir-birinə dəstək olmuşlar. Bizim dövlətlərimiz ərazisinə və əhalisinin sayına görə kiçik dövlətlər hesab olunsalar da, geostrateji cəhətdən olduqca əhəmiyyətli ölkələrdir.

Daha sonra konfransda Milli Məclisin deputatları Qənirə Paşayeva, Musa Qasımov, ombudsman Elmira Süleymanova, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdirinin müavini Mahir Qəhrəmanov, İqtisadi İnkişaf Nazirliyinin sektor müdiri Rəşad Dayıyev çıxış etmişlər.

Konfrans öz işini avqustun 29-da “Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində” mövzusunda “dəyirmi masa” ilə davam etdirmişdir.

İslam Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Batumi

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası