“Bavariya”nın sabiq prezidentinin məhkumluğuna vaxtından əvvəl xitam verilib
Bakı, 29 fevral, AZƏRTAC
Münxenin “Bavariya” klubunun sabiq prezidenti Uli Hoeness dustaq həyatını başa vurub.
AZƏRTAC Almaniyanın “Sport1” idman portalına istinadla xəbər verir ki, məhbus müddətinin yarısını çəkməklə vaxtından əvvəl azadlığa buraxılıb. Uli Hoeness 2014-cü il martın 14-də vergidən yayınmaqda günahkar bilinərək üç il altı ay müddətinə azadlıqdan məhrum edilmişdi. Ötən ilin noyabrında isə 64 yaşlı futbol funksioneri vaxtından tez azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib. Nəticədə, onun bu xahişi qəbul edilib.
Münxen klubunda 27 il baş menecer vəzifəsində çalışan U.Hoeness Bundesliqa tarixinə ən gənc futbol funksioneri kimi düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]