Bayram günlərində cənub bölgəsinə gələn turistlərin sayı artmışdır
Lerik, 6 yanvar (AZƏRTAC). Cənub bölgəsində bayram əhval-ruhiyyəsi yaşanmaqdadır. Bölgənin turuzm məkanlarına yeni ili keçirmək üçün gələnlər geriyə qayıtmağa tələsmirlər.
AZƏRTAC xəbər verir ki, Lerik rayonundakı turuzm və istirahət obyektləri Avropa standartlarına uyğun inşa edilmişdir. Xarici turustlər isə buradakı turizm və istirahət obyektlərində işin təşkilini yüksək qiymətləndirirlər.
Leriklə müqayisədə Lənkəran rayonunun turuzm və istirahət obyektlərində qiymətlər nisbətən ucuzdur. Buranın dəniz sahilində yerləşən turuzm məkanlarında bayram axşamı istirahət, kottec haqqı da daxil olmaqla, 25 manat olmuşdur. Ona görə də burda ailə büdcəsi nisbətən zəif olanlar istirahət etmişlər. Bayram günlərində rayonun turizm obyektlərinə və istirahət məkanlarına gələnlərin sayı əvvəlki illə müqayisədə xeyli çox olmuşdur. Turizm obyektlərinə ailəvi istirahətə gələnlərə kotteclərin qiymətində 50 faiz güzəşt edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]