BDU-da elmi seminar: Media idarəçiliyində yeni çağırışlar
Bakı, 12 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, doktorant Nurşərəf Tağıyeva “Media idarəçiliyində yeni çağırışlar” mövzusunda məruzə ilə çıxış edib. O, internet mediada yeni çağırışların öyrənilməsi və tətbiqi modellərinin hər zaman aktuallığı ilə seçildiyini, yeni trendlərin media menecmenti sahəsində də özünü göstərdiyini diqqətə çatdırıb.
Məruzəçi ölkəmiz üçün yeni olan media menecmentinin tədqiq olunması, buradakı yeni çağırışların öyrənilməsi və Azərbaycan internet mediasında idarəçilik məsələlərinin araşdırılması, idarəçilik və menecment arasında oxşar və fərqli cəhətlər, menecmentin məqsədi, menecerin funksiyaları, internetin media idarəçiliyinə gətirdiyi yeniliklər, Azərbaycan mediasında menecment anlayışı kimi məsələlərdən bəhs edib.
Seminarda Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Nəsir Əhmədli, filologiya elmləri doktoru Sabir Məmmədli, dosentlər Pərvanə İbrahimova, Aytəkin Zeynalovanın mövzu ilə bağlı fikirlərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]