BDU-nun kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) kollektivi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, BDU-nun kollektivi Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə əklil və gül dəstələri qoyub.
BDU-nun 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə də gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.