BDU-nun Tələbə Gənclər Təşkilatının “Price” Xarici Dillər Klubu təlimlərə başlayıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Price” Xarici Dillər Klubunun yeni tədris ilində ingilis dili üzrə ilk, ümumilikdə isə 13-cü təlimi başlayıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Təlim zamanı tələbələrə dilin öyrənilməsi texnikası ilə yanaşı, canlı diskussiya şəraiti yaradılıb.
TGT-nin nəzdində fəaliyyət göstərən “Price” Xarici Dillər Klubunun əsas məqsədi tələbələrin fərdi inkişaflarına dəstək olmaq, asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.