BDU Türkiyənin Çukurova Universiteti ilə əməkdaşlığı genişləndirir
Bakı, 27 iyul, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Çukurova Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Çukurova Universitetinin rektoru Meryem Tuncel imzalayıblar. Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Çukurova Universiteti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biridir. QS WUR reytinqində 1401-ci pillədə yer alan Çukurova Universitetində 19 fakültə, 4 institut, 11 peşə məktəbi, 1 konservatoriya fəaliyyət göstərir və 38 minə yaxın tələbə təhsil alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]