BDU və Avrasiya Milli Universitetinin ikili diplom proqramına qəbul olmaq istəyənlərin nəzərinə
Bakı, 4 iyul, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında magistratura səviyyəsində imzalanmış biotexnologiya ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul imtahanı yeni tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ikili diplom proqramında tədris rus dilində və iki il müddətində aparılacaq. Tədris ilinin I, IV semestrlərində təhsil BDU-nun Biologiya fakültəsində, II-III semestrlərdə isə L.N Qumilyov adına Avrasiya Milli Universitetində həyata keçiriləcək. Təhsil proqramını başa vurmuş tələbələr BDU və L.N Qumilyov adına Avrasiya Milli Universitetinin biotexnologiya ixtisaslaşması üzrə magistr diplomuna yiyələnəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]