Bədii gimnastika üzrə “Gələcəyə addım” adlı onlayn vebinar keçiriləcək
Bakı, 6 fevral, AZƏRTAC
Karantin günlərinin davam etdiyi və bir çox yarışların təxirə salındığı dövrdə Azərbaycan və İsrail Gimnastika federasiyaları ilk dəfə olaraq fevralın 12-14-də bədii gimnastika üzrə “Gələcəyə addım” adlı onlayn vebinar keçirəcəklər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, vebinarda iştirak ödənişli əsaslarla həyata keçirilir və ödəniş 40 manat təşkil edir. Vebinar Beynəlxalq Gimnastika Federasiyasının texniki komitələrinin üzvləri - Noha Abu Şabana (Bədii gimnastika), İzabel Savada (Bədii gimnastika), Cef Tomson (Kişi idman gimnastikası), məşqçilər - Qabriela Müller (İsveçrə), Taro Netzer (Avstriya), Roman Yahoda (Avstriya), eləcə də, Porto və Koimbra universitetlərinin professoru - Lurdeş Avila-Karvalo (Portuqaliya) tərəfindən keçiriləcək.
Vebinarın məqsədi iştirakçılara bu çətin dönəmdə yeni biliklər qazandırmaq, onları motivasiya etmək və iki ölkənin federasiyaları arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsindən ibarətdir.
Onlayn vebinar Bakı vaxtı ilə saat 18:00-da (İsrail vaxtı ilə 16:00) keçiriləcək.
Vebinarda iştirak etmək arzusunda olanlar https://agf.az/en/forms/-step-to-the-future--webinar-o-267210) linkindən istifadə edərək qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]