BƏƏ-də 30 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB
Bakı, 27 iyun, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Ajman şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
AZƏRTAC “Əl Marsad” xəbər portalına istinadla xəbər verir ki, yanğın yerli vaxtla saat 01:30 radələrində 30 mərtəbəli yaşayış binasında baş verib. Sakinlər təxliyə ediliblər.
Yanğın qısa zamanda yayılaraq binanın fasadını qismən sıradan çıxarıb.
Ölən və xəsarət alan olmayıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
04:30
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ajman şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl Marsad” xəbər portalı məlumat yayıb.
Hazırda yanğınsöndürənlər hadisə yerinə cəlb olunub.
Yanğının səbəbləri və zərərçəkənlər barədə məlumat verilmir.