BƏƏ qəzeti ölkə vətəndaşlarına Qurban bayramı tətilini Azərbaycan və Omanda keçirməyi tövsiyə edib
Qahirə, 24 iyun, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “Səyidəti” qəzeti bu ölkənin vətəndaşları üçün Qurban bayramında ən yaxşı turizm marşrutlarının Bakı və Omanın Sələləh şəhəri olduğunu yazıb.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Bakının ecazkar mənzərəsi, görməli yerləri - Qız qalası, Alov qüllələri, bulvarı, Fəvvarələr meydanı və tarixi məkanları barədə ətraflı məlumat verib. O, həmçinin Azərbaycan paytaxtının əcnəbi turistlər üçün ən təhlükəsiz şəhər olduğunu diqqətə çatdırıb.
Bakı ilə yanaşı, BƏƏ nəşri Omanın Sələləh şəhərini də ən yaxşı turizm istiqaməti kimi təqdim edib. Paytaxt Muskatın min kilometrliyində yerləşən bu ecazkar məkan özünün qədim tarixi abidələri ilə məşhurdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]