Belçika yığmasının baş məşqçisi: Azərbaycan millisi ilə oyun asan olmayacaq
Bakı, 8 sentyabr, AZƏRTAC
Bu gün həmişəkindən daha gərginəm. Düşünürəm ki, biz Avropa çempionatı haqqında çox danışırıq. Sanki artıq vəsiqə qazanmışıq. Bu, yanlış yanaşmadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis bildirib ki, onun üçün hər matç çətin və vacibdir: “Bəli, rəqibimiz səfərdə İsveçə 0:5 hesabı ilə uduzub. Amma orada heç də pis oynamadılar və meydan sahiblərini uzun müddət çətin vəziyyətə saldılar. Hər şey mentalitetlə bağlıdır. Yalnız istədiyimiz oyunu sərgiləsək, burada qalib gələ bilərik. Bir sözlə, bizim üçün asan oyun olmayacaq”.
O, sabahkı matçda zədəli Tibo Kurtuanın əvəzinə qapı xəttində Koen Kastelsə şans verəcəyini söyləyib: “Düzdür, başqa qolkiperlərimiz də var. Amma hələlik onların təcrübə qazanmasını daha məqsədəuyğun sayıram. Məndən komanda haqqında daha çox soruşmayın. Əks halda, bütün start heyəti açıqlayacağam”.
Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Belçika oyunu saat 17:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]