Bələdçilik kursunun məzunlarına kart və şəhadətnamələr təqdim olunmuşdur
Bakı, 1 iyul (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) turizm bələdçilərinin və tərcüməçi-gidlərin attestasiya komissiyasının növbəti iclası keçirilmişdir.
İnstitutun prorektoru Eldar Aslanov diqqətə çatdırmışdır ki, bu ali təhsil ocağı yarandığı gündən turizm sənayesində çalışan işçi qüvvəsinin keyfiyyətini müasir səviyyəyə çatdırmağı, turizm sektorunda yeni iş yerlərini ixtisaslı kadrlarla təmin etməyi və turizm sənayesinin inkişafı üçün peşəkar mütəxəssislərin yetişdirilməsini qarşıya məqsəd qoymuşdur. Bacarıqlı xidmət personalının hazırlanması üçün ATİ-nin nəzdində təlim mərkəzi yaradılmışdır. Mərkəzdə fəaliyyət göstərən bölmələrdən biri də bələdçilik kursudur.
Tədbirdə ATİ-nin təlim mərkəzinin bələdçilik kursunun ilk məzunlarına bələdçilik kartı və şəhadətnamələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]