BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ DAİR TOPLU İŞIQ ÜZÜ GÖRÜB
Mərkəzi Seçki Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi işi davam etdirilir. Artıq MSK-nın “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinə dair əsasnamə, təlimat və qaydalar” adlı toplusunun iki cildi çap olunaraq dairə və məntəqə seçki komissiyalarına çatdıtılmışdır. Bu günlərdə həmin toplunun üçüncü cildi də işıq üzü görüb. Toplu 10 min tirajla çap olunmuşdur. Topluda Mərkəzi Seçki Komissiyasının qərarı ilə təsdiq olunmuş normativ aktlar - təlimatlar, akt, arayış, vəsiqə formaları və digər sənəd nümunələri verilmişdir.
Xatırladaq ki, topluların nəşrindən məqsəd dairə və məntəqə seçki komissiyaları üzvlərinin biliklərinin artırılmasına yardımçı olmaq, onların MSK-nın qəbul etdiyi normativ aktlardan istifadəsini asanlaşdırmaqdır. Yeni nəşr də qısa müddət ərzində aşağı seçki komissiyalarının üzvlərinə çatdırılacaqdır.