BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQ İŞLƏRİ DAVAM EDİR
Bu il oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilərlə bağlı Tovuz rayonunda geniş hazırlıq işləri görülür.
105 saylı seçki dairəsi dairə seçki komissiyasının sədri Ələkbər Ələkbərov AZƏRTAC-a bildirmişdir ki, artıq 9162 nəfərin adı seçici siyahılarına salınmışdır. Bundan əlavə, seçki günü fəaliyyət göstərəcək 8 məntəqənin hamısı lazımi avadanlıqla təchiz olunmuşdur. Burada seçiciləri maarifləndirmək üçün mütəmadi seminarlar keçirilir.
Xatırladaq ki, seçki günü rayonun 5 kənd bələdiyyəsinə 33 üzv seçiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]